Vaxt.Az

Komitə sədri AMEA-nı «vurdu»


 

«İnstitutların tərkibinə baxılmalıdır»

Komitə sədri AMEA-nı «vurdu» «Elm haqqında» qanun layihəsi ətrafında müzkairələr davam edir.

Modern.az-ın məlumatına görə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, elmin ayrı-ayrı sahələri özünün maliyyələşməsini təmin etməlidir. Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə gəlincə deputat bildirib ki, bu məsələ  «Hərbi səfərbərlik haqqında» Qanunun predmetidir.

«Orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz. Hər gün atəşkəs pozulur.  Orduya cəlb olunmaq hər bir vətəndaşın borcudur. Aprel döyüşlərində nə qədər gənc könüllü xidmət etmək üçün müraciət etdi. Əgər bu dəyişiklik qəbul olunsa, avtomatik olaraq bu maddə özü-öz əhəmiyyətini itirəcək.

Müdafiə Nazirliyindən bildirildi ki, 40 yaşından aşağı insanlar əmək haqqı almaqla ordu sıralarına yazıla bilərlər. Ali baş komandanın tapşırığı sayəsində orduda xidmət sahələrini mülki vətəndaşlar həyata keçirir».

Deputat eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında işçilərin sayının azaldılmasını da qeyd edib: «İnstitutların tərkibinə baxılmalıdır. Kəmiyyətdən çox keyfiyyətə fikir verilməlidir ki, az insan çox maaş alıb elmə böyük töhfə versin».

Deputat Aytən Mustafayeva davamlı təhsil, bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunub.

«Bağçadan bünövrəsi qoyulan uşaqların təhsili məktəbdə davam etdirilsə daha yaxşı olardı. Təhsil kreditləri ilə bağlı seçicilərdən müraciətlər alıram. Təhsil haqqına görə gənclər təhsilini yarımçıq qoyurlar.

Elmi işçilərin cavanlaşmasına ehtiyac var. Elmi işçilərin əmək haqları azdır. Onların əmək haqqı artırılmasa gəncləri elmə cəlb etmək çətin olacaq».

 





17.05.2016    çap et  çap et