Vaxt.Az

Bağçalar özəlləşdirilir


 

Milli Məclisdə məsələ qaldırıldı

Bağçalar özəlləşdirilir Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməməsi təklif edilir. Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında «Məktəbəqədər təhsil haqqında» qanun layihəsinin müzakirəsi zaman komitə sədri İsa Həbibbəyli çıxış edib.

Deputat bildirib ki, özəlləşdirmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir:

«Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda gördük ki, rayonların bəzilərinə maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik».

 





18.10.2016    çap et  çap et