Vaxt.Az

Məktəbəqədər təhsilin yeni formaları yaradılır


 

Müəssisələrin bir neçə növü müəyyən edilib

Məktəbəqədər təhsilin yeni formaları yaradılır Azərbaycanda məktəbəqədər yaşında olan uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradıla bilər. Modern.az-ın xəbərinə görə, Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən «Məktəbəqədər təhsil haqqında» Qanun layihəsində bu məsələ öz əksini tapıb.

Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib.

Bunlar körpələr evi, körpələr evi- uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

 





19.10.2016    çap et  çap et