Vaxt.Az

Rus televiziyasının bank hesabları donduruldu


 

Britaniyadan növbəti sanksiya

Rus televiziyasının bank hesabları donduruldu Böyük Britaniyanın NatWest bankı Rusiya dövlətinə məxsus Russia Today (RT) televiziyasının bank hesablarını dondurub, şirkətin baş redaktoru bildirib.

Bu barədə kanalın baş redaktoru Marqarita Simonyan «Twitter»dəki səhifəsində bildirib: «Onlar bizim Britaniyadakı hesablarımızı bağlayıblar. Bütün hesablarımızı».

RT bildirir ki, bank qərarla bağlı heç bir izahat verməyib.

Qərarda deyilir ki, NatWest-in də daxil olduğu Royal Bank of Scotland qrupu RT-ə xidmət etməkdən imtina edir.

Televiziya şirkətinin bildirdiyinə görə, NatWest onların London ofisinə yazaraq bildirib: «Sizin bizim bankla əməkdaşlığınızı nəzərdən keçirərək qərara gəldik ki, bundan sonra sizə xidmət göstərməyəcəyik».

Bank bildirib ki, onun qərarı yekundur və «heç bir müzakirələri həyata keçirməyə hazırlaşmır».

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Maria Zaxarova bildirib ki, bu addım onu göstərir ki, «Britaniya Aİ-dən çıxmaq yolundadır və özünün ifadə azadlığı ilə bağlı öhdəliklərinə əməl etmir».

Bundan bir gün əvvəl Britaniya və ABŞ bildirmişdi ki, Hələbin bombalanması davam edərsə Suriya və Rusiya hökumətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edilə bilər.

ABŞ dövlət katibi John Kerry bildirib ki, Rusiya anlamalıdır ki, Suriya münaqişəsi «siyasi həll olmadan yekunlaşa bilməz».

Britaniya xarici işlər naziri Boris Johnson Rusiyanı atəşkəsə əməl etməyə çağırıb.

O, əlavə edib ki, «təzyiqi qoruyub saxlamaq üçün», Suriya rejiminə «və onun dəstəkçilərinə» qarşı növbəti sanksiyalar nəzərdən keçirilə bilər.

Kremlin idarə etdiyi RT bundan əvvəl də, bir tərəfli məlumat verdiyinə görə Ofcom (televiziya və radio yayımlarına nəzarəti həyata keçirən qurum) tərəfindən xəbərdarlıq alıb.

 





19.10.2016    çap et  çap et