Vaxt.Az

Rusiyada yeni devalvasiya təhlükəsi


 

«Daxili mənbələr tapmaq lazımdır»

Rusiyada yeni devalvasiya təhlükəsi Rusiyada texnologiyaların rəqabət qabiliyyətliliyinin azalması fonunda devalvasiya şoku ilə bağlı riskləri arta bilər. «Report»un «Rambler News Service»ə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiya prezidentinin müşaviri Sergey Qlazyev verib.

S.Qlazyev hesab edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi və neft qiymətlərinin azalması dövründə iqtisadi artımı təmin edəcək daxili mənbələr axtarıb tapmaq lazımdır. Bu mənbələr xarici bazarlarda enerji daşıyıcılarının qiymətinin dəyişməsindən asılı olmamalıdır. Qeyd edək ki, prezidentin müşaviri Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) monetar siyasətinin sərt tənqidçisi kimi tanınır. O, Bankın sabit məzənnə siyasəti yürütməsini və faizləri rentabelli səviyyəyə endirməsi zəruriliyini vurğulayır.

S.Qlazyev cari konyunkturada Rusiyanın büdcəni ixtisara salınmasını deyil, əksinə, artırılmasını zəruri sayır. O, Rusiya Bankı tərəfindən yaradılan «yeni reallıqda» istehsalın məhv olunduğunu, qazanan tərəfin isə spekulyantlar olduğunu qeyd edib.

Xatırladaq ki, hazırda Rusiyada dolların məzənnəsi 62,5 rubl/dollar təşkil edir. Məzənnənin maksimal səviyyəsi isə 2016-cı il yanvarın 21-də (86,0 rubl/dollar) qeydə alınıb.

 





19.10.2016    çap et  çap et