Vaxt.Az

Güneyli fəal 5 aydır mühakiməsiz həbsdədir


 

Həbib Sasanianla birlikdə tutulanlar buraxılıb

Güneyli fəal 5 aydır mühakiməsiz həbsdədir 5 ay öncə casusluq ittihamı ilə Şərqi Azərbaycan vilayətində nəzarət altına alınmış Ərdəbilli fəal Həbib Sasanianın bu günədək mühakimə olunmadan Təbriz Mərkəzi Zindanında saxlandığı bildirilir.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi bu məlumatı məhbusun yaxınlarına istinadən yayıb.

HRA-nın yazdığına görə, «nəzarətə alındıqdan əvvəl səhhətində hər hansı bir problemi olmayan Sasanian, ailəsinə istinadən, hazırda bədəninin müxtəlif nahiyələrində ağrılar çəkməkdədir».

Keçən iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində «separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun» həbs edildiyinə dair məlumat yayıb.

Nəzarət altına alınanlardan Həbib Sasanian Təbriz zindanına göndərilərkən, digərlərinin bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxıldığı bildirildi.

Həbib Sasanianı yaxından tanıyan yazar Əqil Azərdoxt bu yaxınlarda Amerikanın Səsinə müsahibədə Sasanianın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və türk dilində şeirlər və məqalələr yazdığını qeyd edib.

 





23.10.2016    çap et  çap et