Vaxt.Az

35 diplomat Almaniyadan sığınacaq istəyib


 

Xarici İşlər Nazirliyinin qərarı Türkiyə-Almaniya arasındakı sazişdən asılıdır

35 diplomat Almaniyadan sığınacaq istəyib Türkiyənin diplomatik pasport sahibi olan 35 vətəndaşı sığınacaq üçün Almaniyaya müraciət edib. Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, müraciət edənlər arasında diplomatların xanımları və övladları da var.

«Bütün müraciətlər Almaniya məhkəmə və prokurorluq orqanları tərəfindən araşdırılır. Qərar Türkiyə və Almaniya arasında 13 dekabr 1957-ci tarixində imzalanmış readmissiya sazişi nəzərə alınmaqla qəbul olunacaq», - Almaniya Xarici İşlər Nazirliyi (XİN) rəhbərinin məsləhətçisi Qunter Krinqs deyib.

 





23.10.2016    çap et  çap et