Vaxt.Az

İŞİD minaatanlarla müdafiə olunur


 

Suriya ordusu Hələbin cənub hissəsində hücuma keçib

İŞİD minaatanlarla müdafiə olunur Suriya ordusu və könüllü dəstələr strateji yüksəklikləri ələ keçirdikdən sonra Hələb şəhərinin cənubunda hücuma keçiblər.

«Report» RİA «Novosti»yə istinadən xəbər verir ki, Suriya ordusu hava hücumundan müdafiə hərbi hissəsi və «Suriyatel» qülləsinin yerləşdiyi yüksəklikdə möhkəmlənib.

Məlumata görə, İŞİD terrorçuları ciddi müqavimət göstərirlər. Ordu və könüllülərin mövqeləri minaatanlardan intensiv atəşə tutulur.

Hücumun ilk saatlarında radikal qruplaşmalara məxsus üç tank vurulub.

 





23.10.2016    çap et  çap et