Vaxt.Az

Məsciddə yanğın çıxıb


 

Məlumatı FHN yayıb

Məsciddə yanğın çıxıb Bu gün günortaya yaxın Ağsu rayonu, Çiyni kəndində məscidin ərazisində ümumi sahəsi 504 m2 olan mərasim zalının lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, mərasim zalının qalan hissəsi və məscid yanğından mühafizə olunub. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





30.10.2016    çap et  çap et