Vaxt.Az

«Hamı deyir, asan olsun…»


 

Məleykə Abbaszadə: «Reallığı dərk edərək iş görmək lazımdır»

«Hamı deyir, asan olsun…» «Hamı deyir, imtahanlar asan olsun. Amma biz istəyirik ki, riyaziyyat müəllimliyinə gedən riyaziyyat fənnini bilsin. Reallığı dərk edərək iş görmək lazımdır».

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ali məktəb müəllimləri abituriyentləri qəbul edəndə onların bilik səviyyəsindən narazılıq edirlər: «Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir. Kurikkuluma keçid düzgün aparılsaydı, bu uşaqların xeyrinə olacaqdı. Ümidvarıq ki, indi apardığımız işlər müəllimləri də, şagirdləri də düzgün istiqamətdə işləməyə vadar edəcək».

 M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarına proqramdan kənar heç bir sual daxil edilməyib: «IX və XI sinfin buraxılış imtahanlarının buraxılış imtahanlarının nəticələrinin müqayisəsini aparırıq. Regionlar üzrə IX sinifdə bir regionda bir fəndən orta statistik göstərici 15 faizdirsə, iki il sonra XI sinifdə bu rəqəm 25-30 faiz olur. Bu isə deməkdir ki, 9 il bu uşaq nə ilə məşğul olubsa, ona uyğun nəticə göstərir. Qarşıdakı 2 il ərzində ali məktəbə hazırlaşanda səviyyəni 25-30 faiz qaldırmaq mümkündür. Bünövrə sıfırdırsa, 50 faiz nəticə göstərmək mümkün deyil. Bu il nə qədər yer boş qaldı, heç ora sənəd verən olmadı. Şagirdlərin nəticələri aşağı olanda isə Rusiya və Ukraynanın ali məktəblərinə üz tuturlar».

 





05.12.2016    çap et  çap et