Vaxt.Az

«Qarabağ» yenə qrupda qaldı


 

Ağdamlıların «Fiorentina»ya gücü çatmadı

«Qarabağ» yenə qrupda qaldı Bu gün Azərbaycanın «Qarabağ» klubu Avropa Liqasının qrup mərhələsində son oyununu keçirib.

Tofiq Bəhramov adına stadionda «Fiorentina»ya qarşı keçirilmiş oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bununla da Azərbaycan təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Bu nəticə ilə «Fiorentina» (13 xal) birinci, Çexiya «Slovan»ı ilə oyunda qələbə qazanan Yunanıstan PAOK-u (10 xal) isə ikinci pillədə 1/16 final mərhələsinə vəsiqə qazanıb. «Qarabağ» qrup mərhələsində 7 xal toplayıb.

 





08.12.2016    çap et  çap et