Vaxt.Az

Nazirlikdən açıqlama


 

Diaqnostik qiymətləndirmədə 0 bal alan müəllimlər neçə nəfərdir?

Nazirlikdən açıqlama Cənub bölgəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb.

Bildirilir ki, müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında yayılan məlumatlara aydınlıq gətirib.

«Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa «Facebook» postu olan bu «məlumatlar» həqiqəti əks etdirmir».

C.Valehov deyib ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub.

«Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 faizdən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur.

Eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb».

 





28.12.2016    çap et  çap et