Vaxt.Az

Fillər Bakıya gəlib


 

Məktəblilərin qış tətili günlərində Bakı Dövlət Sirkində yeni proqram nümayiş olunur

Fillər Bakıya gəlib Bakı Dövlət Sirki məktəblilərin qış tətili günlərində «Hind filləri» adlı proqramla tamaşaçıları qarşılayır. Sirkdən ANS PRESS-ə verilən məlumata görə, proqram Rusiyanın Dövlət Sirki tərəfindən təqdim olunur. «Hind filləri» 24 dekabrdan 9 yanvaradək Bakı Dövlət Sirkində şou nəzərdə tutulub. Proqram çərçivəsində fillər və atlarla yanaşı akrobatlar da şou göstərir.
«Hind filləri» gün ərzində 2 dəfə, saat 15:00 və 19:00-da, məktəblilərin qış tətili günlərində isə 3 dəfə - saat 12:00, 15:00, 19:00-da nümayiş olunur.
Biletlərin qiyməti sıra nömrəsindən asılı olaraq 4, 6, 8, 10 manat arasındadır.
 





01.01.2011    çap et  çap et