Vaxt.Az

«Ən bahalı bilet 5 manat olacaq»


 

İslam Oyunlarının bilet qiymətləri açıqlandı

«Ən bahalı bilet 5 manat olacaq» Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: «Satışa Novruz bayramından etibarən başlanılacaq».

E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: «Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq».

O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır.

 





01.02.2017    çap et  çap et