«Bu insan Azərbaycana nifrət edir. O, «Artsax»ın müstəqilliyi arzusu ilə yaşayır və bunu gizlətmir. Mən fəallara müraciət edirəm: sizi tədbirə dəvət ediblərsə, kiminlə bir masa arxasında oturacağınıza diqqət edin», - o deyib.
Bildirək ki, Mətanət Əzizova Azərbaycanı bir neçə il öncə tərk edib. Müxtəlif beynəlxalq təşkilatlar onu siyasi baxışlarına görə təqib edilən kimi qəbul ediblər və buna görə də, M.Əzizovanın obyektivliyinə şübhə yaranmır.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin başçısı Antonio Tayani ilə görüşdən imtina edib. İmtinanın səbəbi kimi Tayaninin Azərbaycana aid təxribatçı tədbirdə iştirak etməsi göstərilib.