Vaxt.Az

Saziş imzalanır


 

Ermənistanda «üç O...yan» bloku yaranır

Saziş imzalanır Bu gün Ermənistanda keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri, «Birlik» partiyasının lideri Vardan Oskanyan və «İrs» partiyasının lideri Raffi Ovanisyan aprelin 2-nə təyin olunmuş parlament seçkilərində blok şəklində iştirak etmək üçün saziş imzalayır. Blokda iştirak etməyə son günlərə qədər tərəddüd edən «İrs» partiyasından məlumatı təsdiq ediblər. Partiyanın səd müavini Armen Martirosyan deyib ki, idarə heyəti vahid blok şəklində seçkilərə qatılmağa qərar verib.

Virtualaz.org xəbər verir ki, «İrs» partiyasından deputat Zarui Postancyan hər hansı blokun əleyhinədir və seçkilərdə iştirak etməyəcək. Bundan əvvəl Oskanyan-Ohanyan blokuna «Milli özünüdərk» və Ermənistan Demokratik partiyası da qoşulmuşdu, lakin onlar daha sonra bloku tərk ediblər. Beləliklə, blok üç partiyadan formalaşıb.

 





13.02.2017    çap et  çap et