Vaxt.Az

Çantasından psixotrop maddə...


 

...Bağırsağından isə tiryək çıxdı

Çantasından psixotrop maddə... Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla güclü təsir edən maddə və narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.

İdarənin «Qoşa Təpə» gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

VATX.AZ xəbər verir ki, Öncə, rentgen yük-yoxlama qurğusunda vətəndaşa məxsus idman çantasına baxış zamanı çantanın içərisindəki ərzaq məhsulları və şəxsi əşyaların altında şübhəli predmetlər görünüb. Bundan sonra, təkrar baxış zamanı çantanın içərisində gömrük nəzarətindən gizlədilmiş, hər birində 10 həb olmaqla 40 konvalyut «T-Doll» (tramadol) adlı dərman preparatı aşkar edilib.

Daha sonra, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 20,005 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, «T-Doll» (tramadol) adlı dərman preparatı «Güclü təsir edən maddələrin Siyahısı»na daxildir və aşkar olunan cəmi 400 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 





16.02.2017    çap et  çap et