Vaxt.Az

Əfqanıstan blokadada


 

Pakistan qonşu dövlətlə sərhədi bağlayıb

Əfqanıstan blokadada Pakistan hakimiyyət orqanları Əfqanıstanla ikinci əsas sərhəd keçid məntəqəsini bağlayıb.

Strateq.az «Reuters»ə istinadla xəbər verir ki, dənizə çıxışı olmayan qonşu ölkəyə ticarət təchizatının dayandırılmasının səbəbi Pakistandakı sufi ibadətgahında törədilən qanlı intihar hücumudur.

Pakistanın cənubundakı məbəddə baş verən terror aktında 88 nəfər həlak olub.

Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 100-dən çox terrorçu öldürülüb.

 





18.02.2017    çap et  çap et