Vaxt.Az

«NO!» filminə yasaq


 

Türkiyədə referendum ərəfəsində «Digiturk»dən ilginc qadağa

«NO!» filminə yasaq «Digiturk» fevralın 5-dən Türkiyədə nümayiş etdirilən «No!» («Xeyr!») filmini qadağan edib.

«Sputnik» xəbər verir ki, Çilidə diktator Auqusto Pinochetin ölkədə referendum keçirmə prosesini və referendumda təşkilatlanan "Xeyr" kampaniyasından bəhs edən kinolent fevralın 16-dan nümayişdən çıxarılıb.

«Cümhuriyet» qəzetinin köşə yazarı Çiğdem Toker bununla bağlı yazısında qeyd edib: «Məncə iki seçənək var: ya ölkəni idarə edənlər, Qətər şirkətinin mülkü olan «Digitürk»ə «Nə etdiyinizi başa düşürsünüzmü?» deyərək filmin qadağan edilməsini xahiş (!) edib; ya da «Digiturk» böyük yayım qruplarının qanunlarından ilham alaraq, bu barədə düşünülmüş qərar çıxarıb».

Xatırladaq ki, aprel ayında Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı referendum keçiriləcək.

 





19.02.2017    çap et  çap et