Vaxt.Az

«WhatsApp»da 4 yeni funksiya


 

Qaranlıqda video çəkmək üçün gecə görünüşü olacaq

«WhatsApp»da 4 yeni funksiya «WhatsApp»ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi.

«WhatsApp»ın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən «WhatsApp», həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə «Haqqında» bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir.

İlk olaraq «Haqqında» bölməsinə əlavə edilən və profildə görülə bilən yazılı status seçimini geri gətirən «WhatsApp», həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur.

Bundan başqa «iPhone»dakı «3D Touch»a dəstək gətirən «WhatsApp», bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi.

Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə «WhatsApp» funksionallığı bir az daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük.

 





22.03.2017    çap et  çap et