Vaxt.Az

«Diplomatiyanın uğurlu birləşməsi»


 

«İsraillə Azərbaycanı dərin dostluq münasibətləri bağlayır»

«Diplomatiyanın uğurlu birləşməsi» «İsraillə Azərbaycanı bir-birinə dərin dostluq və əməkdaşlıq münasibətləri bağlayır». «Trend» xəbər verir ki, bunu siyasi analitiklər Corciya Pilar və Domeniko Letitsiya «Foreign Policy News» jurnalındakı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, son illərdə Azərbaycanla İsrail arasında münasibətlər hər iki ölkəyə böyük üstünlüklər verib. Bu gün İsrail Azərbaycan neftinin İtaliyadan sonra ikinci ən böyük idxalatçısıdır və Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndərilməsi üzrə işlərində öz yardımını göstərir.

Müəlliflər yazır ki, bu ölkələr ticarət-iqtisadi əməkdaşlıq sahəsində çoxsaylı sazişlər imzalayıb:

«Azərbaycanla İsrail arasında münasibətlər iqtisadiyyat və diplomatiyanın uğurlu birləşməsidir. Ölkələr arasındakı iqtisadi və diplomatik münasibətlərdəki son illərdəki dəyişikliklər hələ 90-cı illərin sonlarında çox şey vəd edən dialoqun məntiqi təkamülüdür».

 





20.04.2017    çap et  çap et