Vaxt.Az

İslamiadada atıcılıq, cüdo, karate yarışları başladı


 

16 idmançımız qüvvələrini sınayıb

İslamiadada atıcılıq, cüdo, karate yarışları başladı Bu gün Bakı Atıcılıq Mərkəzində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atıcılıq yarışlarına start verilib.

Yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş, kişilərin və qadınların səngər stendi, 25 metrdən tapança ilə atəşaçma yarışları keçirilir.

Kişilər arasında 25 metrdən tapançadan mərkəzə atış yarışının təsnifat mərhələsində Azərbaycanı Ruslan Lunev təmsil edir.

Azərbaycan idmançılarından Şəfəq Əmrahova və Aydan Camalova isə qadınlar arasında səngər stendi yarışının təsnifat mərhələsində mübarizə aparırlar.

Kişilər arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş açmaq yarışının təsnifat mərhələsində Azərbaycanı Əli Məcidli təmsil edir.

Cüdo üzrə yarışlara da start verilib.

Cüdo yarışlarında ölkəmizi kişilər arasında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov təmsil edəcəklər.

Qadınlar arasında isə ölkəmizi Aişə Qurbanlı, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova təmsil edəcəklər.

Karate üzrə yarışlara start verilib.

Karate yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək. Karate yarışları Bakı İdman Zalında keçirilir.

IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev təmsil edəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 





13.05.2017    çap et  çap et