Vaxt.Az

Həndbolçularımız «Bakı-2017»nin çempionu oldu


 

Qızlarımız Türkiyə yığmasını 2 top fərqilə üstələdi

Həndbolçularımız «Bakı-2017»nin çempionu oldu Mayın 14-də qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

 





14.05.2017    çap et  çap et