Vaxt.Az

11 nəfərlik vahid siyahı


 

Şəhər Şurasında hakimiyyəti terrorçulara vermək istəməyən Urmiya türkləri birləşir

11 nəfərlik vahid siyahı Güney Azərbaycanın Urmiya şəhərində Şura Seçkiləri xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu şəhərdə azərbaycanlıların səslərinin parçalanmaması üçün ciddi birliyə ehtiyac var.

Urmiyada belə bir vəziyyətin yaranmasına səbəb kürd terror qruplaşmalarının seçkilərdə öz əlaltılarını qalib etmək və bununla da bölgədə kürdləşmə prosesinin sürətləndirmək planıdır.

Son günlərdə azərbaycanlı milli-mədəni fəallar müəyyən nazmizədlərdən ibarət vahid siyahının ictimaiyyətə təqdim olunması uğrunda böyük səylər göstərib, bu istiqamətdə müxtəlif müzakirələr aparıblar. Lakin baxmayaraq ki, təqdim olunan siyahıların əksəriyyəti bir-biri ilə ciddi şəkildə fərqlənmir, Urmiyadakı müxtəlif fəal qruplar məsələ ilə bağlı qəti qərara gələ bilməyiblər.

Son məlumata görə, bir sıra fəal şəxslər və ağsaqqallar müxtəlif qruplar və icmalar tərəfindən açıqlanan siyahılarla bağlı ortaq məxrəcə gələrək bütün siyahılarda adı çəkilən müştərək namizədlərin adlarını toplayıb Urmiya əhalisinə təqdim ediblər.

Urmiyanın əksər qrup və icmalarının açıqladığı siyahılardakı müştərək adlar bunlardır: 1.Qadir Əhmədi 2.Yaqub Əkrəmi Quşçu 3.Murtaza Piri 4.Behrəng Dilməqani 5.Məhəmmədrza Əlizadə İmamzadə 6.Məsud Qüdrəti 7.Mirəli Məhəmmədi 8.Siyavuş Mehrdar 9.Məhəmməd Nağızadə Aydınlı 10.Gülşən Novruzlu 11.Tumac Vəhidi Əfşar.

 





17.05.2017    çap et  çap et