“Su-30”-lar Ermənistana neçəyə başa gəlib?
Millət vəkili: “Azərbaycan zərbə vurmaq üçün addımlar atır”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Döyüşə məhbuslar gedir
Ukrayna ordusuna qoşulmaq üçün 3 mindən çox müraciət var
-
Rusiya-Fransa arasında nüvə gərginliyi
Moskvanın “Kinjal” sınağına Paris “Durandal əməliyyatı” ilə cavab verib
-
“Konstitusiyaya ziddir”
Moskva müftisi çarşab qadağası çağırışına etiraz etdi
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
“Ermənistan Nikol Paşinyanın baş nazir olduğu dövrdə ilk hərbi xarakterli silahlar almağa başlayıb. Onlardan ən güclüləri kimi sayılanı isə Su-30 SM tipli qırıcı təyyarələridir. Bununla bağlı məlumatlar artıq erməni mediasında bir yandan cəmiyyəti sakitləşdirmək, digər tərəfdən isə Paşinyanın rəqiblərini və düşmənlərini susdurmaq üçün daha artıq dərəcədə kultivasiya edilir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, Ermənistanın yeni hökuməti Nikol Paşinyandan tam qərbyönümlü kurs yürütməyi tələb edənlərin qarşısına Rusiya faktoru ilə çıxır.
“Bu arqument odur ki, onlar şimal qonşularından bu cür mühüm hərbi təyinatlı məhsulları almağı başqa dövlətlə əvəz edə bilmirlər.
Çünki qeyd edirlər ki, bu, bazar qiymətindən nisbətən aşağı tariflərlə verilib. Hətta Ermənistan mətbuatında növbəti ildə də daha 4 təyyarənin alınacağı barədə də məlumatlar söylənilməkdədir. Lakin gəlin görək erməni tərəfi təhlükəsizliyi üçün çox mühüm bir hərbi addım atdıqlarını qeyd edərkən, bu, onlara neçəyə başa gəlib? İlk növbədə demək lazımdır ki, köhnə rejimin devrilməsi həm də xalqın sosial-iqtisadi fəlakətlə üz-üzə qalmasının nəticəsi idi. Bu cür silahlar zəif bir ölkənin Azərbaycanla rəqabətə qoşursa, bu, müəyyən qədər bizi sanki öz məqsədlərimizə çatdırmış olur. Yəni, həmin təyyarələri yemək mümkün deyil”.
Zahid Oruc qeyd edib ki, Azərbaycanın Silahlı Qüvvələrində mövcud olan müasir nəsil silahlar daha yüksək modifikasiyaya malikdirlər, onların texniki xarakteristikası hazırda Ermənistanın aldığı təyyarələrdən son dərəcədə güclüdür.
“Onlar da bunu çox yaxşı bilirlər. Öz aləmlərində belə bir mesaj verirlər ki, guya II Qarabağ müharibəsi daha çox hava məkanında gedə bilər, bu tamamilə yeni bir hadisədir. Onlar da bu yöndə addımlar atırlar. Ermənistan Rusiyadan Su-30 SM təyyarələrinin alınması ilə bağlı müvafiq müqavilə imzalayıb. Həmin kreditləri Rusiya tərəfi sağ cibindən çıxarıb verib İrəvana, sonrakı dövrdə isə onların əlindən alıb qoyacaq sol cibinə. Nəticədə isə burada daha çox qazanan Rusiya tərəfidir. İtirən, zəifləyən və bununla da özünün geopolitik orbitini heç zaman dəyişə bilməyəcəyi tərəf Ermənistandır”.
Deputat deyib ki, informasiya resurslarına açıq olan məlumatlarda Azərbaycanın hazırda Silahlı Qüvvələrində olan təyyarələrin siyahısı mövcuddur.
“Həmin siyahıya nəzər salan zaman görünür ki, Su-30-larla müqayisə olunmayan daha yeni xarakterli qırıcılar mövcuddur. Məsafədən idarə olunan hava hücumundan müdafiə sistemləri mövcuddur.
Ölkə başçısı qatıldığı bütün tədbirlərdə, müşavirələrdə qeyd edir ki, Azərbaycan bu sahədə özünün seçdiyi xətti davam etdirəcək. Biz çox arzulayarıq ki, münaqişə bir anının içində həll olunsun və külli miqdarda hərbi sahəyə qoyulan vəsaitlər ölkəmizin daha artıq dərəcədə səhiyyə sisteminə, təhsilə, aqrar sektora, məşğulluğun digər sahələrinə qoyulmuş olsun.
Lakin Azərbaycan ciddi şəkildə qarşısı alınmaz zərbələr vurmaq yönündə addımlar atmaqdadır. Siz təsəvvür edin ki, Paşinyan Kremldə ayaqüstü görüşdüyü şəraitdə Vladimir Putini inandırmağa çalışıb ki, onların durumu çox acınacaqlıdır və mütləq yeni təyyarələrə ehtiyacları var.
Hesab edirəm ki, bu, Ermənistanın gücünü artırmır, əksinə Paşinyanı Sarkisyanın və Koçaryanın gününə salır. Çünki xalq ondan iqtisadi nailiyyətlər gözləyir. Demokratiya isə sadəcə sözlə, bəyanatlarla və siyasi mübarizə ilə olmur. İnsanların real olaraq həyatında, sosial vəziyyətində dəyişiklik baş verməsə və yalnız silah almağa qurşansa, Ermənistan hakimiyyətində böhran davam edəcək”.
Mirmahmud KAZIMOĞLU