Bunu aznews.az-a Azərbaycan Uşaqlar Birliyini sədri Kəmalə Ağazadə paytaxtda keçirilən qız kuklalarından ibarət «+18» sərgisinə münasibət bildirərkən deyib. O bildirib ki, qanunla belə bir sərginin keçirilməsi üçün lazımi qurumlardan icazə alınmalıdır: «Mən anlaya bilmirəm, kuklalardan ibarət sərginin keçirilməsində məqsəd nədir? Biz tədbirlər, seminarlar keçirəndə nə böyüklükdə mərhələlərdən keçirik, lazımi qurumlardan icazələr alırıq. Belə bir sərginin keçirilməsi üçün icazə alınıb? Ümumiyyətlə, bu sərginin məqsədi nədir? Nəyi təbliğ edirlər? Hansısa bir fahişə qadının keçmişini? Bu, nə rəzalətdir, nə biabırçılıqıdır? Uşaqları düşünün. Uşaqların oyuncaqları ilə siz nə edirsiniz? Oyuncaqlar üzərində nümayiş etdirdiyiniz bu obrazlar psixoloji problemi olan uşaqlara mənfi təsir edir. Ən əsas odur ki, bunu uşaqlar görəcək».
Kəmalə Ağazadə qeyd edib ki, bu sərgi Rusiyada keçirilib və böyük narazılığa səbəb olub: «Utanmadınız ondan? Gördünüz ki, orada niyyətiniz baş tutmur, Azərbaycanda həyata keçirməyi planlaşdırdınız? Bəyəm Rusiyada olanlar bu rəssama dərs olmur? Sən nəyi əldə etməyə çalışırsan? Bir azərbaycanlı olaraq nəyi təbliğ eləmək istəyirsən? Bu, belə qala bilməz. Uşaqların oyuncaqları kimlərinsə pis niyyətinə çevrilə bilməz. Onlar cavab verməlidir».
Kamalə Ağazadə bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini vurğulayıb.