Vaxt.Az

«İçəridə ekipaj üzvləri vardı»


 

«İrəvan inkar etdi, Bakı dərhal video yaydı»

«İçəridə ekipaj üzvləri vardı» Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var. Bu sözləri ordumuzun Ermənistana məxsus OSA zenit-raket kompleksini məhv etməsini şərh edərkən rusiyalı jurnalist Mixail Belyayev bildirib.

«Bugünlərdə Azərbaycan Ordusu ermənilərə aid OSA zenit-raket kompleksini heyəti ilə birgə məhv etdi. Ermənistan qısa məlumat yaydı və «texnikanın azacıq zədələndiyini», şəxsi heyətin isə heç bir itki vermədiyini bildirdi. Azərbaycan Müdafiə Nazirliyi dərhal OSA zenit-raket kompleksinin məhv edilməsini əks etdirən video yaydı. Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var. Videodan o da aydın olur ki, Azərbaycan İsrail istehsalı olan və hələ 2016-cı il Aprel savaşında effektivliyi üzə çıxan «Spayk»dan istifadə edib», - Belyayev qeyd edib.

 





19.05.2017    çap et  çap et