Vaxt.Az

Dəbin gələcəyi


 

Kendis Fredjis: «Modada alıcılıq kreativ yanaşma ilə biznes yanaşmanı özündə birləşdirir»

Dəbin gələcəyi Biz müasir texnologiya, sosial şəbəkə və marketinq zənciri olan bir dünyada yaşayırıq. Hələ on il bundan əvvəl internetin həyatımızda nə qədər böyük əhəmiyyəti olacağını təsəvvür etmək mümkün deyildi. Lüks brendlərin dünyası da yeni qaydalara görə hərəkət edir - online satış onun ayrılmaz hissəsinə çevrilmişdir. Virtual mağazaların arxasında - gələcək dayanıb. Məhz bu gələcək haqqında biz bu gün e-commerce üzrə guru, Farfetch-in satınalma və merchandising direktoru - Kendis Fredjis ilə söhbət etmək qərarına gəldik.


- Farfetch.com yüksək moda dünyasında çevriliş edib. Bu cür qlobal innovasiv layihənin bir hissəsi olmaq - necə bir hissdir?

- 750-dən çox məşhur dizaynerlərlə və moda butikləri ilə işləmək imkanında olmaq çox gözəldir. Mən satınalma, merchandising, kişi, qadın və uşaq bölümünün vizual merchandising şöbələrinə, həmçinin gözəllik bölümünə rəhbərlik edirəm. Adi satınalanlardan fərqli olaraq, biz brend-partnyorlarımızla və butiklərlə geniş spektorun hansı məhsulları müştərilərimiz üçün uyğun olduğunu müəyyən etmək məqsədilə işləyirik.     


- Hansı tərəfiniz üstünlük təşkil edir: yaradıcı və ya rasional?

- Hər ikisinin də olduğunu düşünmək istərdim. Moda sahəsində alıcılıq özündə kreativ yanaşma ilə biznes yanaşmanı birləşdirir.


- Sizin fikrinizcə Farfetch.com üçün ən əsas nədir? Layihəni özəl edən nədir?

- Biz tamamilə müxtəlif məhsullar təklif edirik, bizdə unikal əşyaların geniş seçimi var. Farfetch online və offline ticarətin arasında uyğunsuzluğu müvəffəqiyyətlə aradan qaldırır. Biz 40 ölkədə 750-dən çox dizaynerlər və moda butikləri ilə birbaşa əməkdaşlıq edirik, onları online ticarət üçün platforma ilə təmin edərək 190-dan çox ölkədə qadın və kişi məhsullarını milyonlarla alıcıya təklif etmələri üçün şərait yaradırıq.


- Siz düşünürsünüz ki, rəqəmsal texnologiya - dəbin və jurnalların gələcəyidir? Hər şey online olacaq?

- Tam deyil, müştərinin fiziki mövcudluğu onun təəssüratının ayrılmaz hissəsidir. Əgər əvvəllər markanın internetdə irəliləməsi o qədər də əhəmiyyətli deyildisə, ancaq indi brendin inkişafının ayrılmaz hissəsidir. Yaxın gələcəkdə biz «Store of the future» texnologiyasını istifadəyə verəcəyik, bu Farfetch’ə mühüm sistem yaratmaq imkanı verəcək, hansıki pərakəndə mağazaların canlanmasına səbəb olacaq.          


- Farfetch.com artıq bütün dünyada mövcuddur. İşlər ən yaxşı harada gedir?

- Qərb bölgəsi bizim üçün ən böyük bazardır, satışdan gəlirin üçdə bir hissəsi onun payına düşür; Asiya-Sakit okean regionu bizim biznesin 25% -ni təşkil edir. Əlbəttə ki, bizim Azərbaycanda da çox loyal müştəri bazamız var. Biz 190-dan çox ölkələrə bağlamalar çatdırırıq; bu ölkələrin və ya alıcıların heç biri bir-birinə bənzəmir. Bu da bizim müştəriləri olduqca xüsusi edir.    


- Siz - Satınalma və merchandising şöbələrinin direktorusunuz. Sizin şəxsi seçimləriniz, zövqünüz əməkdaşlıq etmək üçün brendin seçiminə təsir gösərir?

- Əlbəttə ki, brendə diqqət mənim istəklərimdən asılıdır, lakin nəticədə mənim tərzimin çərçivələrinin kənarına çıxan bir şey seçirəm. Brendə və ya əşyalara maraq göstərdiyimdə, onları bəyənəcək alıcını təsəvvür edirəm. Ətrafımda məni ruhlandıran insanlar çoxdur, məsələn mənim modapərəst-anam; xoşuma gələn başqa insanların obrazlarından ilham alıram.


- İnternetdə layihələrin irəliləməsi üçün nəyi bilmək lazımdır, ən əsası nədir?

- Həm brend, həm də onun tarixi müştərimiz üçün cəlbedici olmalıdır. Bizdən alınan brendin məhsulları müştəriyə çox gözəl təqdim olunmalıdır. Bizdə o qədər böyük seçim var ki, asanlıqla dolaşığa düşmək mümkündür. Buna görə də biz çalışırıq ki, saytda məhsullarımızı elə təqdim edək ki, alıcı həm axtardığı variantları rahatlıqla görə bilsin, həm də özü üçün yeni bir şey aşkar etsin.


- İşlədiyiniz dizaynerlərə nə isə məsləhət verirsinizmi? Nəyin daha yaxşı satılacağını onlara deyirsiz?

- Əlbəttə ki – bu satınalma işinin əsas tərkib hissələrindən biridir.


- Online ən çox nə yaxşı satılır, nə pis?

- Bu alıcıdan və onun haradan olduğundan çox asılı ola bilər. Buna baxmayaraq, indi Qoşa Rubçinski və Off-White kimi markalar məşhurdur. «Loewe»nin kəmərləri və «Balenciaga»nın həcmli çiçəkli çantaları SS17 mövsümündə bestseller olacağı gözlənilir.       


- Dəbdəbə eksklüzivlik tələb edir,  internet isə  - kütləvi bir şeydir. Bunda bəzi ziddiyyətlər var, elə deyil mi?

- Mənim üçün dəbdəbə - daha çox əşyanın istifadəsidir, onun keyfiyyətidir, nəinki əldə edilməsi. İnternet və satış sahəsi bütövlükdə alıcıya «lüks» adlanan hər şeyin geniş seçimini təklif edir, lakin markanın anlayışı ilə müştərinin dəbdəbə haqqında qərarı uyğun gəlib gəlmədiyi sadəcə müştərinin özündən asılıdır. Düşünürəm ki, zərif əşyaları həm müasir brendlərdən həm də eksklüziv kuturyelərdən tapmaq olar. Əsas odur ki, markanın tarixini biləsən, parçanın keyfiyyətini, necə istehsal olduğunu görəsən. Brendlərin arasındaki fərq məhz bundan ibarətdir.      


- İnternetə münasibətiniz necədir? Sosial şəbəkələr haqqında nə düşünürsünüz?

- Sosial şəbəkələr – ilhamlanmağın ən gözəl mənbəyidir. Onlar istehlakçının davranışına böyük təsir göstərir. Sosial şəbəkələr alıcılara və brendlərin təmsilçilərinə nəyin trenddə olduğunu anlamaq imkanı verir və ünsiyyətin birbaşa kanalıdır. Sosial şəbəkələr gənc dizaynerlərə və brendlərə Farfetch kimi saytların vasitəsilə özləri haqqında danışmaq imkanı verir. Biz daim unikal, maraqlı yeni markalar axtarırıq və onların inkişaf etmələrinə köməklik edirik.


- BFFI layihəsinin ideyası nədən ibarətdir? Gənc dizaynerləri dəstəkləmək Sizin üçün niyə belə mühümdür?

- Yeni markalar bazara daxil olmaqda çətinlik çəkirlər, onların fərqinə varmaq çətindir. Bu, bir çox gənc dizaynerləri ruhdan sala bilər və onlarda yaradıcılıq həvəsini öldürə bilər. Onların istedadını və böyük həvəsini dəstəkləmək xoşuma gəlir. Zəngin həyat təcrübəmi istifadə edərək, məmnuniyyətlə onlara faydalı ola biləcək hər şeyi təklif edirəm. Böyük brendin yolunda bir hissə olduğumu bilmək çox xoş hissdir - ilk günündən  onun nəaliyyətlərinə qədər.


- Siz kapsul kolleksiyasının yaradılmasında iştirak etmisiniz. Şəxsən Sizin üçün bu kolleksiya nə ifadə edir?

- Yeni istedadlarla işləmək və yeni brendlər kəşf etmək - bu mənim üçün çox həyacanlandırıcıdır.  Xüsusilə də, onlara böyük dünyaya açılmaq üçün bilet verə bildiyimdə.


- Layihədə sevdiyiniz iştirakçılar və ya sevdiyiniz işlər varmı?

- Seçmək çətindir, bir çoxu mənim xoşuma gəlir!


- Gənc dizaynerlərə bir neçə məsləhətlər verə bilərsinizmi?

- Heç vaxt keyfiyyət və xəyalınız arasında kompromisə getməyin, bu mənum kimi satınalanların ən çox xoşuna gələn şeydir.


Blits-sorğu:


- Ən yaxşı dəbli icad?

- İnternet.


- Kağız , karandaş və ya iPad?

- Mən kağız üzərində eskizlər çəkməyi sevirəm, təbiiki əlavə olaraq qələm də seçəcəyəm.


- Onsuz olmaz dediyiniz kosmetik məhsulun adı?

- SkinCeuticals Phloretin CF.


- Qış yoxsa yay?

- Yay. Hər zaman!


- Komfort və ya gözəllik?

- İkisi birdən. Mənim üçün tərz - komfort olduğu zamandır.

 





19.05.2017    çap et  çap et