Vaxt.Az

Bu gün İranda 12-ci prezident seçkiləridir


 

Qeydə alınan altı namizəddən üçü mübarizə aparır

Bu gün İranda 12-ci prezident seçkiləridir Mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilir. Seçkilərə, yerli vaxtla sübh saat 8-də başlanılıb.

Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparır. Bir neçə gün əvvəl prezidentliyə iki namizəd, vitse-prezident İshaq Cahangiri Həsən Ruhaninin, Tehran meri Məhəmmədbağır Qalibaf isə İbrahim Rəisinin xeyrinə öz namizədliklərini geri götürüb.

Prezidentliyə namizədlər arasında isə əsas rəqabət, iki nəfər, yəni İslahat tərəfdarlarının dəstəklədiyi və mötədil xəttin tərəfdarı kimi tanınan 68 yaşlı indiki prezident Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan, sərt xətt tərəfdarı olan İbrahim Rəisi arasında aparılır.

İran Daxili İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, 80 milyona yaxın əhalisi olan ölkədə 56 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Bildirilir ki,  seçkilər 63 min 500 səsvermə məntəqəsində keçiriləcək və səsvermə prosesi axşam saat 18-ə qədər davam edəcək. Həmin gün, ölkədə prezident seçkiləri ilə yanaşı ölkənin şəhər və kənd şuralarına da seçkilər keçirilir.

 





19.05.2017    çap et  çap et