İsveç prokurorluğu avstraliyalı jurnalist, «Wikileaks»in qurucusu Culian Assanca qarşı istintaqı dayandırıb. Aznews.az xəbər verir ki, istintaq artıq 7 il idi davam edirdi.Assanc İsveç prokurorluğu tərəfindən cinsi zorakılıqda ittiham olunurdu. Lakin Assanc bu ittihamları heç vaxt qəbul etməyib. Sonuncu dəfə 6 ay əvvəl İsveç rəsmilərinə müsahibə verib.
Assanc, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən hərbi və diplomatik sənədləri mediyaya sızdırmaqda ittiham olunur.
45 yaşlı jurnalist ekstradisiyadan yayınmaq üçün Böyük Britaniyanın paytaxtı Londonda Ekvador səfirliyində siyasi sığınacaq əldə edib. Assanc 2012-ci ildən indiyə kimi orada məskunlaşıb. O, səfirliyin ərazisini tərk edəcəyi təqdirdə həbs oluna bilər.
çap et