Vaxt.Az

Naxçıvan təyyarəsində biabırçılıq


 

Bir bilet bir neçə nəfərə satılıb

Naxçıvan təyyarəsində biabırçılıq Bu gün 13:30 Bakıdan-Naxçıvana uçmalı olan təyyarə bir saatdan çox vaxt keçməsinə baxmayaraq hava limanından qalxa bilmir.
Hava limanında olan jurnalistlərdən biri xəbər verir ki, buna səbəb təyyarədə olan yerlərdən bir neçəsinin 2-3 nəfər satılmasıdır. Hal-hazırda təyyarədə oturan sərnişinlər, bilet alan şəxslərlə hava limanında xidmət aparan işçilər arasında yaranan mübahisənin bitməsini gözləyir.
Hava limanının əməkdaşları sərnişinlərdən birinin növbəti reyslə uçmağı təklif etsələr də, bununla heç bir sərnişin razılaşmır.
 





06.01.2014    çap et  çap et