Vaxt.Az

«PEJAK» seçkiləri saxtalaşdırır


 

Başqa bölgələrdə yaşayan kürdlər Şura Seçkilərində səs vermək üçün Sulduza gətirilir

«PEJAK» seçkiləri saxtalaşdırır Bu gün Sulduzda keçirilən Şəhər Şura Seçkilərində səs vermək məqsədi ilə Kürdistanın müxtəlif bölgələrindən Azərbaycan şəhərinə kürd əsilli insanlar gətirilir.

Onlar əsasən Mahabad, Piranşəhr, Sərdəşt, Bukan və Sənəndəc kimi şəhərlərdən Sulduza gəlir. Məqsəd Sulduzda «PEJAK» (PKK-nın İrandakı qolu) terror qruplaşmasının əlaltıları olan kürd namizədlərə səs vermək və Azərbaycan şəhərində kürdləri Şura kimi seçməkdir.

Sosial şəbəkələrdə yayımlanan videolarda kürdlərin müxtəlif məntəqələrdən Sulduza üz tutduğu görünür. Bəziləri isə şəxsi avtomobili ilə Sulduza gəlib və səs verməyə başlayıblar.

Onlar eyni taktikadan parlament seçkilərində də istifadə etdilər. Radikal kürd qruplaşmaları yerli azərbaycanlıların məsələdən xəbərsiz olduğundan istifadə edərək Əbdulkərim Hüseynzadə adlı radikal kürdü seçkilərdə qalıb edib parlamentə göndərdilər. O hazırda bölgənin problemləri ilə məşğul olmaq əvəzinə kürd qaçaqmalçılarına dəstək vermək və bölgədə kürdləşdirmə prosesini həyata keçirməklə məşğuldur.

 





19.05.2017    çap et  çap et