Vaxt.Az

Xamneyi «Təhsil 2030»a qarşıdır


 

İran UNESCO-nun ədalətli təhsilə dair sənədinə riayət etməyəcək

Xamneyi «Təhsil 2030»a qarşıdır İran rəsmiləri İslam Respublikasının UNESCO-nun «hərkəs üçün əhatəli və ədalətli təhsilin təmin edilməsi istiqamətində hazırladığı bəyannaməyə tabe olmayacağını açıqlayırlar.

İranın ali ruhani lideri Əli Xameneyinin İranda sənədin icrasının yolverilməz olduğuna dair ifadələrindən sonra, prezident Ruhaninin müavini Məcid Ənsari də may ayının 17-də İranın bu sənədə tabe olmağa dair hüquqi öhdəliyi olmadığını bildirib.

BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı olan UNESCO-nun «Təhsil 2030» gündəliyi hər kəs üçün əhatəli və ədalətli təhsil, habelə ömürlük öyrənmə fürsətini təmin etmək istiqamətində hazırlanmış bəyannamə və 15 illik yol xəritəsidir.

Həsən Ruhani hökümətinin keçən ilin avqust ayında qəbul etdiyi qərara görə İranın təhsil nazirliyindən həmin bəyannamənin formalaşdırılması istənilmişdi.

«Təhsil 2030» sənədində təhsil və inkişafın insan haqları, ləyaqət, ictimai ədalət, əhatəli olmaq, gender bərabərliyi, sülh, eləcə də mədəniyyət, etnik və dil müxtəlifliyi təməlində olmasının önəmi vurğulanıb.

Bəyannamədə həmçinin deyilir ki, şəxslərin birinci dilində, ya evdə danışılan dildə tədris və təhsil təşviq olunmalıdır.

 





19.05.2017    çap et  çap et