Vaxt.Az

Müsabiqənin taleyi sual altındadır


 

12 ölkə yarışmaya qatılmayacaq

Müsabiqənin taleyi sual altındadır Artıq 12 ölkə «Avroviziya 2014» mahnı müsabiqəsində iştirak etməkdən imtina edib. Rusiya mətbuatı xəbər verir ki, Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorranın başlatdığı tendensiyanı Bolqarıstan, Bosniya və Hersoqovina davam etdirir. Serbiya, Çexiya və Kipr kimi bir çox ölkələr bildiriblər ki, onların müsabiqədən çıxma səbəbi maddi problemlərlə yanaşı layihəyə olan ictimai marağın itməsidir.
Türkiyə müsabiqədə səsvermə sistemində kiçik dəyişikliyə görə, xüsusən də təşkilatçı komitənin qarışıq münsiflər heyətinə görə iştirak etməkdən imtina edib. Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya və Kipr öz yerli televiziyalarının efirlərində bildiriblər ki, maliyyə çatışmazlığı səbəbi ilə müsabiqədə iştirak etməkdən imtina ediblər.
 





06.01.2014    çap et  çap et