Məlumata görə, seçkilərə qatılan bir sıra azərbaycanlılar səs bülitenləri üzərində dövlətin Azərbaycan türk millətinə olan ayrı-seçkilik siyasətini qınayaraq müxtəlif şüarlar yazıblar. Soydaşlarımız İranda fars irqçiliyinə son qoyulmasını və Azərbaycan türklərinin milli hüquqlarını tələb edən cümlələrlə çıxış ediblər.
Bülitenlərin üzərinə yazılan bəzi cümlələr bunlardan ibarət olub:
- «Hanı mənim ana dilim – Hanı mənim Urmu gölüm!»
- «Azərbaycan var olsun»
- «Ölüm olsun fars şovinizminə - Yaşasın türk»
- «Yaşasın AnaTəbrizim»
Bəzi bületənlərin üzərinə isə çağdaş Türkiyənin qurucusu böyük öndər Atatürk və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayıb Ərdoğanın adı yazılıb.