Açıqlanan son məlumata əsasən, səs sayına görə sıralamada aşağıdakı adlar yer alıb:
1. Vəli Babusə - 17308 səs
2. Fərhad Əkbəri – 15122 səs
3. Rəsul Siyami – 14389 səs
4. Musa Ağacani – 14018 səs
5. Mehdi Ələvi - 13089 səs
6. Leyla Heydəri – 11688 səs
7. Səid Dilməqani – 11672 səs
8. Əziz Rəhimi - 11267 səs
Bildirilir ki, şura seçkilərində ən çox səs qazanan ilk 13 namizədin hamısı türkdür. 14 və 15-ci yerlərdə isə kürd əsilli Taha Mərufzadə və Əhmədi Əqdəm yer alıb.
Qeyd edək ki, radikal kürd qruplaşmaları Urmiyə və Sulduz şəhərlərində öz əlaltılarını seçkilərdə qalib etdirmək üçün bir çox açıq və gizli tədbirlərə əl atdılar. Onlar seçkilər günü səs vermək məqsədi ilə Kürdistanın müxtəlif bölgələrindən Sulduz şəhərinə kürd əsilli insanlar gətirdilər. Kürdlər əsasən Mahabad, Piranşəhr, Sərdəşt, Bukan və Sənəndəc kimi şəhərlərdən Sulduza gətirildi. Lakin azərbaycanlıların ayıq-sayıqlığı nəticəsində radikal qrupların cəhdi heç bir nəticə vermədi.