Vaxt.Az

Güney azərbaycanlı alpinistin fəthi


 

Əzim Qeyçisaz Himalayın ən hündür zirvələrindən birinə oksigen balonu olmadan qalxıb

Güney azərbaycanlı alpinistin fəthi Güney azərbaycanlı alpinist Əzim Qeyçisaz Himalay dağlarının 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth edib. Məşhur dağçı mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya alpinistlərinin səkkiz minliklər klubuna qoşulmağı bacarıb.

O, Himalay dağlarının ən hündür zirvəsi sayılan Lhotse zirvəsini fəth etmək üçün dayanmadan 40 gün çalışan alpinist, bu şəxsi rekordunu yeniləmək üçün 9 il hazırlaşıb.

Azərbaycanlı alpinist 12 il öncə Everest, 9 il öncə isə Prodpeyk zirvəsini fəth etmişdi. Himalay zirvələrini oksigen balonu olmadan fəth edən alpinist sonralar Daolagiri, Nanqapart, Kançen Çunqa, Qaşerbrum-1, Qaşerbrum-2, key-2, Manaslu, Anapurna, Makalu, Ço oyu və Şişa Panqma zirvələrinə qalxıb.

Əzim Qeyçisaz bu nailiyyətdən sonra dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 16-cı alpinist oldu.

 





21.05.2017    çap et  çap et