Aksiya iştirakçıları «Güney Azərbaycan İran deyil», «İran sadəcə farsların deyil», «Ana dilində təhsil», «Siyasi məhbuslara azadlıq», «Güney Azərbaycana azadlıq» kimi şüarlar səsləndiriblər.
Güneyli fəallar 22 May hadisələri zamanı həyatını itirən insanların şəkillərini tutublar. Aksiya zamanı fəalların əllərində üzərində şüarlar yazılmış plakatlar da olub.
Ağ Ev qarşısında aksiyanın sonunda güneyli fəal Rəhim Şahbazi 2006-cı il Güney Azərbaycanda mayın 22-i hadisələrinin 11-ci ildönümü münasibətilə qəbul edilmiş bəyanatı oxuyub.
2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan İran jurnalında Azərbaycan türklərini aşağılayan karikaturalar Azərbaycan şəhərlərində böyük etiraz nümayişlərinə səbəb olmuşdu.
İran hakimiyyəti irqçı karikaturaya qarşı keçirilmiş kütləvi etiraz aksiyalarına sərt təpki göstərmiş, Sulduz (Nəğədə), Təbriz, Urmiya və Xiyav kimi şəhərlərdə bir neçə etirazçı İran polisi tərəfindən açılan atəş nəticəsində öldürülüb.
Amnesty International təşkilatı may hadisələrində dinc nümayişçilərin həyatını itirməsi ilə bağlı bəyanat yayaraq, hadisələr nəticəsində 27 nəfərin ölümü ilə bağlı məlumat verildiyini bildirib.