Vaxt.Az

«Onlar bizi təmsil etmirlər»


 

Devid MakAlister Dağlıq Qarabağa səfər edən AP üzvləri barədə

«Onlar bizi təmsil etmirlər» Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin (AP) Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər.

Bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister (David McAllister) Milli Məclisdə jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək AP nümayəndələrinin öz təşəbbüsüdür: «Yəni, səfər Avropa Parlamentinin adından olmayıb, onlar Avropa Parlamentinin adından çıxış etməyib, bəyanat verməyiblər. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan, o parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik». («Trend»)

 





22.05.2017    çap et  çap et