Vaxt.Az

«... Tələb edəcəyəm»


 

Məsud Pezeşkiyan: «Ruhaninin millətə verdiyi vədlərin yerinə yetirilməsini...»

«... Tələb edəcəyəm» İran parlamentinin sədr müavini, Türkdilli Bölgələr Fraksiyasının rəhbəri Məsud Pezeşkiyan, mayın 22-də jurnalistlərə açıqlamasında ölkədə keçirilən son prezident seçkilərindən və İran prezidenti Həsən Ruhaninin azərbaycanlılara verdiyi vədlərdən danışıb.

Pezeşkiyan bildirib ki, o, bu günə qədər Ruhani hökumətinə ciddi şəkildə dəstək verib və bu dəstəyini hazırda da davam etdirir: «Mən, prezident seçkiləri zamanı seçki dairələrinə gələn və öz səsini sandığa salmaqla belə bir qəhrəmanlıq yaradanların hər birinə öz təşəkkürümü bildirirəm.

Mən indidən sonra daha ciddi şəkildə əyalət, regional və ölkə səviyyəsindəki istəklərimizin, xalqın haqlı tələblərinin və Ruhaninin millətə verdiyi vədlərin yerinə yetirilməsini tələb edəcəyəm».

Qeyd edək ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilib.  Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparıb. Əsas rəqabət isə, iki namizəd arasında, yəni islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan məşhur cəllad, İbrahim Rəisi arasında aparılıb.

Seçkilərdə Həsən Ruhani səslərin 57 faizini qazanaraq yenidən preziden vəzifəsinə seçilib. O,  sandıqlara salınan 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16 səs toplayaraq seçkilərin qalibi olub.

 





22.05.2017    çap et  çap et