Vaxt.Az

«Yeni teraktlar qaçılmazdır»


 

Böyük Britaniyanın baş nazirindən acı etiraf

«Yeni teraktlar qaçılmazdır» Yeni terror hücumları, terror aktları riski var. Bu səbəbdən ölkədə terror riski ən yüksək səviyyədədir.

BBC-ə bildirir ki, İngiltərənin Mançester şəhərindəki «Manchester Arena»da törədilən, 22 nəfərin ölümünə və 59 nəfərin yaralanmasına səbəb olmuş teraktdan sonra Britaniyanın baş naziri Tereza Mey belə deyib.

O, sədrlik etdiyi «COBRA» təhlükəsizlik komitəsi iclasından sonra verdiyi bəyanatda 23 may hücumunun bu günə qədər İngiltərənin şimalını hədəf alan ən pis hücum olduğunu ifadə edib.

Meyin dediyinə görə, Britaniya küçələrində polisləri hərbçilər əvəzləyəcək. Əsgərlər əhəmiyyətli nöqtələrdə, konsertlər, idman tədbirləri kimi hücumlara hədəf olan təşkilatlarda təhlükəsizliyi təmin edəcək.

Baş nazir T.Mey ölkədə terror təhdidinin ən yüksək səviyyə olan «kritik» səviyyəsinə yüksəldildiyini və bunun yeni hücumların olmasının mümkün olması mənasına gəldiyini deyib.

«Əfsuslar olsun ki, bizdə olan məlumatlara görə, Birləşmiş Krallıqda terror aktları davam edəcək. Bu aktların nə zaman və harada baş verəcəyini, təbii ki, kimsə deyə bilməz. Lakin biz qabaqlayıcı tədbirlərə əl atmalıyıq. Yeni terror aktları nəinki mümükündür, hətta qaçılmazdır. Mançesterdəki teraktı bir dəstə adamın hazırladığını düşünürük. Zənn edirik ki, bu terror partlayışı bir nəfərin əməli deyil», - T.Mey deyib.

Mançester şəhərindəki teraktı 24 yaşlı liviyalı miqrat Salman Ebadi törədib. İŞİD terakta görə məsuliyyəti üzərinə götürüb.

 





24.05.2017    çap et  çap et