Ohayo (Ohio) universitetində aparılan araşdırma ağçiyərlərin dərinliklərində yaranan, bir xərçəng növü olan adenokarsinom hallarının son 50 ildə artması səbəbləri barədə suallara cavab verib.
Bu 50 illik müddət ərzində siqareti tərgidənlərin sayının artması qarşılığında digər ağ ciyər xərçəng növlərinin azaldığı məlum olub.
Alimlərin qənaətinə görə, araşdırmanın nəticələri adenokarsinomla «light» siqaretlərə olan tələbatın artması arasındakı əlaqəni müəyyən edib.
Filtrində dəliklər olan «light» siqaretlərdə daha az qətran olduğu bildirlərək 50 il əvvəl satışa çıxarılmışdı.
Araşdırmaya başçılıq edən Dr. Peter Şilds (Dr. Peter Shields) «Siqaret həvəskarlarınıvə ictimai sağlamlıq nümayəndələrini «light» siqaretlərinin daha təhlükəsiz olması fikri ilə aldadıblar.
Əldə etdiyimiz məlumatlar filtrində dəliklər olan siqaretlərlə son 20 ildə artan adenokarsinom halları arasında açıq aşkar bir əlaqənin olduğunu göstərir. Bizi narahat edən əsas məsələ hazırkı siqaretlərin hardasa hamısında bu dəliklərin olmasıdır» deyib.
ABŞ-da «light» və ya «az qətranlı» adı altında siqaret satışı qadağandır.
Lakin alimlər filtrində dəliklər olan siqaretlərin hamısının qadağan olunmasının lazım olduğunu söyləyirlər.
Elm adamlarının fikrincə, hava dəlikləri ciyərlərə daha çox tüstünün çəkilməsinə səbəb olur. Siqaret tüstüsünün tərkibində xərçəngə gətirib çıxaran kimyəvi maddələr və toksinlər vardır.
«Filtrlərdəki havalandırma dəlikləri tütün yanma şəklini dəyişdirir və daha çox konserogen maddəsini ortaya çıxarır. Bu yolla tüstü ağ ciyərlərdə adenokarsinomların sıx olduğu hissələrə çatır», - deyə Dr. Şilds bildirib.