Vaxt.Az

Neft 100 dollara qədər bahalaşa bilər


 

Hasilatının azaldılması barədə razılaşma əldə edilib

Neft 100 dollara qədər bahalaşa bilər «Thomson Reuters»in neft sahəsində tədqiqat layihələri və analitika üzrə bölməsinin qlobal rəhbəri Şakil Beqq bildirib ki, neftin 1 barreli 100 dollara qədər bahalaşa bilər.

Virtualaz.org «Gazeta.ru» nəşrinə istinadən xəbər verir ki, öz müsahibəsində Beqq bildirib: «Təkliflə tələb bərabərləşərsə, 1 barrelin qiyməti 100 dollara çata və hətta bu səviyyəni keçə bilər».

Onun sözlərinə görə, eyni zamanda, bazar gözləntilərə uyğun hərəkət edir. Beləliklə, neftin qiymətinin artması üçün neft hasilatının və dünya ehtiyatlarının azalmasına inam olmalıdır.

«Təklifin tələb üzərində üstünlüyü sutkalıq 500 min barrel səviyyəsindən aşağı enərsə, qiymət 60 dolları keçəcək. Qiymətləndirməmizə əsasən, arada olan məsafənin bu cür azalması 2018-ci ildə baş tuta bilər», - ekspert vurğulayıb.


***


Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılması barədə növbəti razlığa gəliblər.

«Trend»in məlumatına görə, bu barədə Küveytin neft, elektrik enerjisi və su ehtiyatları naziri Əssam əl-Marzuk deyib.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub.

 





24.05.2017    çap et  çap et