Hesabata əsasən əgər qadın gün ərzində kiçik miqdarda belə çaxır (10 qram spirt) qəbul edərsə o zaman klimaks keçirən qadınlarda süd vəziləri xərçənginin inkişafı riski 9 faiz artmış olur.
Alimlər həmçinin qeyd ediblər ki, mütəmadi fiziki məşğuliyyət xəstəliyin yaranması ehtimalını aşağı sala bilər.
Əgər qadın mütəmadi olaraq qaçışla və ya velosiped sürməklə məşğul olursa o zaman onda xərçəngin inkişafı passiv həyat keçirən qadınla müqayisədə 10 faiz aşağı düşmüş olur.
Bununla yanaşı alimlər hormonlar və genetik fonların daxil olduğu müxtəlif amillərin də xərçəngin inkişafına təsir göstərdiyini qeyd ediblər.
ÜXAF mütəxəssisləri ümumilikdə 18 amilin az və ya çox dərəcədə sinə xərçənginə səbəb olduğunu və spirtli içki qəbulunun da bunlardan yalnız biri olduğu qənaətindədirlər.
2016-cı ildə Böyük Britaniyanın Baş Sanitar Müfəttişliyi qadınlara və kişilərə həftə ərzində 14 şərti vahiddən artıq olmayan spirtli içki (6 qədəh pivə və ya 7 qədəh çaxır) qəbul etməməyi, bəzi günlərdə isə tamamilə içkidən uzaq durmağı tövsiyə etmişdi.
Böyük Britaniya alimləri həmçinin, spirtli içkinin xərçəngin 7 növünə - ağız, boğaz, qırtlaq, qara ciyər, bağırsaq və həzm sistemi, sinə xərçənginə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Bəzi mütəxəssislərin fikrincə, spirtli içkilərin hansı səviyyədə qəbulunun təhlükəsizlik təminatı yoxdur, hətta kiçik ölçülərdə belə spirtli içki ciddi xəstəliklərə gətirib çıxara bilər.