Bu raket sistemləri «Düşənbə-Antiterror-2017» hərbi təlimlərində iştirak edəcək. Manevrlər mayın 30-da başlayacaq, Rusiya raketçiləri dağlarda yerləşən şərti hədəflərə atəş açacaqlar.
Generalın bildirdiyinə görə habelə Düşənbə ətrafındakı Ayni aerodromuna Su-24M bombardmançıları yerləşdirilib. Bu aviaqruplaşma da birgə təlimlərə qatılacaq.
220 millimetrlik «Uraqan» raket sistemləri canlı qüvvəni və zirehsiz texnikanı məhv etmək üçündür. Sistemin bir yaylım atəşi 35 kilometr məsafədə 29 hektara qədər ərazini əhatə edir. Döyüş maşınında 16 raket istiqamətləndiricisi var. «İsgəndər-M» isə 500 kilometr mənzilli taktiki raket kompleksidir. Nüvə başlığı daşıya bilir. Bundan əvvəl Rusiya həmin raketləri Kalininqradda yerləşdirib. Habelə Ermənistana bir diviziyonu silahlandırmağa bəs edəcək qədər «İsgəndər» kompleksləri verib.
Rusiyanın Tacikistandakı həbi bazasında 6 minə qədər hərbçi xidmət edir. Razılaşmaya görə hərbi baza Tacikistanda azı 2042-ci ilə qədər qalacaq.