«New York Times» qəzetində hücum yerindən çəkilən şəkillərin dərc edilməsi Britaniya rəsmilərinin qəzəbinə səbəb olub.
Tereza Mey Donald Trampla NATO-nun sammiti zamanı Mançester Arenada partlayışa dair sübutların ABŞ mediasında görünməsi barədə danışacaq.
Böyük Britaniya rəsmiləri hücuma aid dəlilləri «New York Times» qəzetində gördükdən sonra «qəzəblənib».
Bazar ertəsi axşamı Mançester Arenaya edilmiş hücum nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər ölüb, 64 nəfər yaralanıb.
BBC-nin təhlükəsizlik üzrə müxbiri Qordon Korera deyir ki, Böyük Britaniya rəsmiləri hesab edirlər ki, fotoların yayılmasının səbəbkarı ABŞ hüquq-mühafizə orqanlarıdır, nəinki Ağ Ev.
Bu arada isə Britaniya polis intiharçı Salman Abedi ilə əlaqəli olduğu deyilən «şəbəkənin» araşdırılmasına davam edir.
Cümə axşamı səhəri Mançesterdə «Moss Side» deyilən ərazidə axtarış edərkən əməliyyatçılar nəzarətdə altında partlayış həyata keçirib.
Reydlər nəticəsində Mançester, Viqan və Nuneatonda Abedinin böyük qardaşı da daxil olmaqla, 6 kişi və bir qadın həbs edilib.
Qadın sonra sərbəst buraxılıb. Abedinin atası və başqa bir qardaşı isə Liviyada polis tərəfindən tutulub.
«New York Times» tərəfindən «mümkün detonator» kimi təsvir olunan qurğu da daxil olmaqla, digər fotoların çap edilməsi Böyük Britaniyanı «qəzəbləndirib».
Abedinin şəxsiyyəti barədə məlumatlar da partlayışdan sonra 24 saatdan az müddət sonra ABŞ mediasında - CBS və NBC-də idi.
Daxili işlər naziri Amber Rudd deyib ki, o, bundan «əsəbləşib» və Vaşinqtonu «bunun yenidən baş verməməsi» üçün xəbərdarlıq edib.
Lakin bu çağırışa baxmayaraq, sonradan mediada bomba və çiyin çantasının fotoları çap edilib.
Bundan sonra nazir Amber Rudd BBC Radio 4-ə deyib: «Bəli, açığını desək... Britaniya polisi əməliyyatın toxunulmazlığını qorumaq üçün informasiya axınına nəzarət etmək istəyir - amma sürpriz - başqa mənbələrdən yayılması qıcıqlandırır və mən dostlarımıza aydın şəkildə dedim ki, bu, baş verməməlidir».