Vaxt.Az

4 yanğının 3-də 50 faiz itki var


 

Tərtərdə bağça, Qubada ev, Cəlilabad və Bərdə isə ot tayası yandı

4 yanğının 3-də 50 faiz itki var Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Bu gün ölkə ərazisində 4 yanğın hadisəsi baş verib.
Quba rayon mərkəzindən 20 km aralıda yerləşən Digah kəndində ikimərtəbəli, 8 otaqlı, 160 kv.m sahəsi olan evin 2-ci mərtəbəsi aynabəndi ilə birlikdə külə dönüb. Aşağı mərtəbədə isə 3 otağın giriş qapıları yanıb. Yanğınsöndürənlər evin qalan hissəsini xilas edə biliblər.
Cəlilabad rayon mərkəzindən 14 km aralıda yerləşən Alar kəndində həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu sıradan çıxıb. Yanğınsöndürənlər qalan 3 ton otu yanmaqdan qurtarıb.
Bərdə rayon mərkəzindən 15 km aralıda yerləşən Şatırlı kəndində də həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. FHN-in yanğınsöndürənləri Bərdə yanğınsöndürənləri də 3 tonu yanmağa qoymayıb.
Tərtər rayon mərkəzindən 6 km aralıdakı Səhləbad kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 250 kv.m olan amma fəaliyyət göstərməyən birmərtəbəli uşaq bağçasında yanğın olub. 1 otaq 30 kv.m tamamilə yanıb. Yanğınsöndürən alovun digər otaqlara keçməsinə imkan verməyib.
 





07.01.2014    çap et  çap et