Bir il öncə əvvəlki prezidentin impiçment olunmasından sonra hakimiyyətə gələn Maykl Temer öz səlahiyyətlərindən imtina etməyəcəyini bildirib.
Ordunun şəhərə yerləşdiriməsi bir çox yaşlı etirazçılarda 20 il (1964-1985) davam edən hərbi diktaturaya aid xatirələri geri qaytarıb.
Pensiya proqramlarını bağlamaq hesabına iqtisadi qənaətə nail olmaq istəyən prezident Temer solçu qruplar və işçi birliklərinin kəskin etirazı ilə üzləşib.
Rays Universitetinin Latın Amerika mövzusunda analisti Mark Cons Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, Viktor Batti braziliyalıları prezident Temerin qanunsuzluqlarına qarşı etiraz etməyə həvəsləndirir.
Mark Consun bildirdiyinə görə, yeni konstitusiyanın prezidenti dəyişdirmə şərtlərini çətinləşdirdiyi üçün hüquqşünaslar oktyabrda keçiriləcək yeni prezident seçkilərinə qədər gözləməyi məsləhət görür.
Mark Cons həmçinin vurğulayıb ki, Braziliya və Venesuelada siyasi və iqtisadi problemlərə baxmayaraq, Argentina, Çili və Uruqvay öz sabitliklərini qoruyub-saxlaya bilib.