Omskdakı dayanacaqlarda gözləyən sərnişinlər avtobusa mindikdən sonra avtomobilin kənarlarında üz-üzə yerləşən oturacaq cərgələrindən başqa arxada da gözə çarpmayan qapını olduğunu görə bilər.
Superomsk.ru-nun xəbərinə əsasən bunun səbəbi özəl şirkətlərin köhnə cənazə maşınlarını alıb avtobusa çevirmələridir.
Rusiyanın VKontake sosial şəbəkəsində bu qeyri-adi avtobuslar barədə çox sayda şərhlər olub.
Bir istifadəçi «Omskda yaşayanları parlaq bir qələcəyə hazırlayırlar» deyib. Başqası isə «belə yollarla bu lap öz yerindədir».