Belə ki, 68 min tamaşaçı tutumuna malik bu arenamız «Dünyanın ən yaxşı yeni stadionu» adına layiq görülüb. BOS-un tikintisində iştirak edən «Tekfen İnşaat», «Heerim Memarlıq və Planlama» da təbrik edilib.
Tədbirdə müxtəlif kateqoriyalar üzrə Moskvada yerləşən «VTB Arena», «Barselona»nın ev oyunlarını keçirdiyi «Kamp Nou», Aşqabad Olimpiya Stadionu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Həzza Bin Zayed» stadionu mükafata layiq görülüb. Səsvermənin münsifləri məşhur tikinti eksperləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.